Yuxarı

Əliyevin Putinə zəngi: Kreml təcili qərar verməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanı ilə Ermənistana hərbi təyinatlı yüklər daşınıb. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib bu məsələni bildirməsi çox vacib bir hadisədir. Bu, bir daha Azərbaycanın müstəqil, suveren bir ölkə olaraq öz milli maraqlarını qorumaq iqtidarında olduğunu göstərir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həm başlamasında, həm də tənzimlənməsində önəmli bir rola malikdir:

“Münaqişənin ilk illərində Ermənistanın Azərbaycandan hərbi cəhətdən üstün olmasının başlıca səbəbi Rusiyadır. Rəsmi Moskva ermənilərə özlərinin deyil, SSRİ dağıldıqdan sonra başsız qalan ordu hissələrinin kömək etdiyini deyir. Lakin sonrakı illərdə Rusiyanın Ermənistana açıq dəstək verməsi də danılmaz faktdır. Bununla belə Azərbaycan Rusiya ilə çoxtərəfli əlaqələr qurub və indi də bu əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir”.

Politoloq Prezident İlham Əliyevin Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verməsi haqda danışıb:

“Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribat bütün dünyanın, eləcə də Rusiyanın diqqət mərkəzində idi. Rəsmi Moskva əslində bu yolla hər iki tərəfi yoxlayır, üstünlüyün kimdə olduğunu müəyyən etmək istəyirdi. Əslində, Azərbaycan Aprel döyüşləri zamanı əks hücumda Ermənistandan nə qədər üstün olduğunu açıqca göstərmişdi. Tovuz hadisələri isə faktiki olaraq Ermənistanın nəinki Qarabağda, hətta sərhəddə heç bir nailiyyət edə bilməyəcəyini bir daha göstərdi. Yəni rəsmi Moskva anladı ki, onun dəstəyi olmasa, Ermənistan Azərbaycan qarşısında uzun müddət tab gətirə bilməyəcək.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatdıqdan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb. Əslində, bu sual Azərbaycan ictimaiyyəti ilə yanaşı, Rusiyaya da verilən bir sual idi. Rəsmi Moskvaya kim lazımdır: Paşinyanın rəhbərliyi altında qərbmeyilli siyasət yürüdən və Rusiyanın maraqlarını qurban verən, ABŞ biolaboratoriyalarına rus mütəxəssisləri buraxmayan, Qərblə gizli planlar quran Ermənistan, yoxsa İlham Əliyevin rəhbərliyi altında bütün qonşuları ilə yüksəksəviyyəli münasibətlər quran, böyük iqtisadi layihələr həyata keçirən və birmənalı neytrallığını qoruyan Azərbaycan?

Düşünürəm, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi də bu sualda gizlənir. Lakin Rusiya artıq bu suala bir cavab tapmalıdır, seçimini etməlidir. Çünki o, daha Cənubi Qafqazdə tək deyil. Bu gün Azərbaycanın yanında “hər cür dəstəyə hazırıq” deyən bir Türkiyə var”.

Tarix
2020.08.14 / 16:58
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla