Yuxarı

Türkiyədən vətənə maşınla gəlmək istəyənlərin diqqətinə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən vətənə maşınla gəlmək istəyənlərin diqqətinə

Türkiyədən vətənə şəxsi avtomobillə qayıtmaq istəyən Azərbaycan vətəndaşları səfirliklə əlaqə saxlamalıdırlar.

Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Hacıyevin sözlərinə görə, Türkiyədə o dövrdə şəhərlərarası nəqliyyatın fəaliyyətində məhdudiyyət mövcud idi:
“Avtomobillərin Gürcüstan ərazisinə daxil olması nəzərdə tutulurdu. O zaman xüsusi icazələr verilmişdi və vətəndaşlarımızın Türkiyədən Gürcüstana, oradan isə Azərbaycana gətirilməsini təmin etmək üçün bir neçə dəfə xüsusi avtobuslar da ayrılırdı. Hazırda Operativ Qərargaha belə bir müraciət yoxdur”.

O bildirib ki, Türkiyədən şəxsi avtomobillə ölkəyə qayıtmaq istəyən şəxslər Azərbaycanın qardaş ölkədəki səfirliyinə müraciət etməlidir:

“Bu şəxslərdən Türkiyədəki səfirliyimizlə əlaqə yaratmalarını xahiş edirik. Bu vəziyyətdə müəyyən qaydalar çərçivəsində Türkiyədən Gürcüstana, oradan isə tranzit yolu ilə Azərbaycana daxil olmaq üçün icazə əldə edilə bilər".

Tarix
2020.08.15 / 19:22
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla