Yuxarı

Milli Məclis Papanı rüsvay etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin iclasında Roma Papasının uydurma "erməni soyqırımı" ilə bağlı çıxışına etiraz bildirilib.

APA-nın məlumatına görə, Zahid Oruc çıxışında deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: "Uydurublar ki, xristianlığın beşiyi oradır və "soyqırım" silahından yararlanırlar".

Z. Oruc cavab olaraq Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: "Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir".

Sabir Rüstəmxanlı isə bəyan edib ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: "Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Niyə Azərbaycanda bir normal soyqırım muzeyi, abidəsi olmasın?.. Min ildir fitnə-fəsad Roma Papasının başının altından çıxır. Bu adam Argentina əsillidir və orada ermənilər at oynadır. O vaxt Osmanlı İmperiyasında 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir ki, 1,5 milyon erməni öldürülüb. Bəs ermənilər məhv edildisə, onda dünyada yaşayan bu ermənilər haradan törəyib? Ədalətli, vicdanlı adam Ermənistana işğaldan əl çək deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik".

Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, qırxı çıxmış bir papanın haqqında danışmağa dəyməz: "Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər".

Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüflənib: "Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar".

Spiker xatırladıb ki, o vaxt Osmanlı İmperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: "İndi necə oldu ki, 1,5 milyon ermənini qırıblar? Bu, tarixi məsələdir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır".

Tarix
2015.04.14 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla