Yuxarı

Masonlar oyun qurub, dəhşətli xəstəlik... - Ekoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masonlar oyun qurub, dəhşətli xəstəlik... - Ekoloq

İqlim dəyişikliklərinə səbəb olan müxtəlif zərərli, bioloji silahlardan istifadə edilməsi anomal havaların meydana çıxmasına zəmin yaradır.

Bu sözləri Axar.az-a ekoloq Telman Zeynalov ABŞ-ın Mohave səhrasında yerləşən Ölüm vadisində havanın temperaturunun 54.4 dərəcəyə qalxması haqda danışarkən deyib.

O bildirib ki, temperaturun artması qlobal istiləşmə kimi təqdim edilir, lakin bu belə deyil:

“İqlim həmişə dəyişilib. Bəşəriyyət 800 min il ərzində 5 dəfə istiləşmə, 4 dəfə də buzlaşma dövründən keçib. Hazırda biz tədricən 5-ci buzlaşma dövrünə doğru yaxınlaşırıq. Lakin qlobal istiləşmə və ya buzlaşmanın neçə il sonra baş verəcəyini demək mümkün deyil”.

Ekoloqun sözlərinə görə, müşahidə olunan temperatur artımı Günəşdə baş verəcək partlayışla əlaqəli deyil:

“Günəşdə partlayış olsaydı, ölkəmizdə avqust ayının 18-i üçün havanın temperaturu 27 yox, 35 dərəcə olmalı idi. İddia olunan qlobal istiləşmə baş versəydi, bir həftə bundan öncə Sloveniya və Çexiyanı su basmazdı”.

T.Zeynalov dünyada baş verənlərin masonların növbəti oyunu olduğunu vurğulayıb:

“Masonlar iddia edir ki, qlobal istiləşmə havaya atılan karbon qazı nəticəsində baş verir. Lakin karbon qazı insan həyatı üçün oksigen qədər önəmlidir və onun çatışmazlığı immun sistemini zəiflədir. Həkimlər də bunu təsdiqləyə bilər ki, karbon qazı olmadan insanlar və təbiət məhv olar, Yer kürəsi buzla bağlanar. Əslində bu elə masonların yürütdüyü dəhşətli bir oyundur. Havaya meteoroloji silahlar vasitəsilə zəhər buraxaraq temperaturu süni şəkildə artırırlar. Hazırda pandemiya nəticəsində dünyanın müxtəlif yerlərində bəzi nəqliyyat vasitələri, eləcə də bir çox sənaye sahələri öz fəaliyyətini dayandırıb və bu da atmosferin ozon qatının dəlinən hissələrinin tədricən bərpa olunmasına gətirib çıxarır. Bu durumda hansı karbon qazından bəhs edilə bilər?

Yəqin ki, ara-sıra səmada təyyarə gedəndən sonra arxasında dağılmayan bulud yaratdığını görmüsünüz. Həmin bulud zəhərdir. Guya qlobal istiləşməyə qarşı mübarizə aparırlar, isti havanı dağıdırlar. Amma əslində bari və alüminiumun zəhərli tozlarını havaya səpərək dünyanı zəhərləyirlər. O zəhər insanlarda dəhşəli xəstəliklər yaradır”.

Tarix
2020.08.19 / 08:30
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla