Yuxarı

Abdulla Gül Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulla Gül Bakıya gəlir

Türkiyənin 11-ci Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə Report-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Forumda Abdulla Gülün "Yeni dünya düzəninin başlıca problemləri" mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub. 2014-cü ildən Mərkəzə üzv olan Abdulla Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. A.Gülün fikrincə, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.

Qeyd edək ki, "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək.

Xatırladaq ki, Forum Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu baş tutub.

Tarix
2015.04.14 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla