Yuxarı

Avropa Hərəkatı soyqırıma qarşı - Aksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Hərəkatı soyqırıma qarşı - Aksiya

Azərbaycan Avropa Hərəkatı bəyanat verib, sülh çağırışı etdi.

Axar.az xəbər verir ki, ermənilərin 1915-ci ildə baş vermiş hadisələri "erməni soyqırımı" adı ilə dünya ictimaiyyətinə təqdim etməsi və 24 apreldə hadisələrin yüz illiyi olduğu üçün daha genişmiqyaslı təşviqata başlaması ilə bağlı Azərbaycan Avropa Hərəkatı bəyanat yayıb. Eyni zamanda Hərəkat soyqırım iddiasınından öz maraqları üçün istifadə edən və bununla da həyata keçirmək istədikləri sülh prosesinə zərbə vuranlara qarşı aksiya keçirəcək. 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq dinc aksiya "soyqırım iddiası düşmənçilik yaradır!" şüarı ilə keçiriləcək.

Bəyanatda deyilir:

"Dinlərin sülhə, insanlığın inkişafına, xalqların rifahına töhfə verməli olduğu halda din xadimlərinin tərəf kimi görünməsini təəssüflə qarşılayırıq, çünki Roma Papası I Fransis "erməni soyqırımı"nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etməsi fədakar sülhpərvər insanların fəaliyyətinə neqativ təsir göstərə bilər.

Biz sülhsevər insanları, barış naminə birləşməyə, tarixi hadisələrə deyil, gələcəyə istiqamətlənən mesajlar verməyə, insanlığın təntənəsi üçün dialoq istiqamətində fəaliyyətləri daha da genişləndirməyə çağırırıq. Hər kəsi 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq və "soyqırım iddiası düşmənçilik yaradır!" şüarı ilə keçirəcəyimiz dinc aksiyaya dəvət edirik".

Xatırladaq ki, bəyanat Avropa Birliyi, ABŞ, Vatikan və digər Qərb dövlətləri ilə yanaşı beynəlxalq təşkilatlara da göndərilib.

Tarix
2015.04.15 / 14:41
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla