Yuxarı

İrəvan Moskvadan hansı silahları və necə alır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Moskvadan hansı silahları və necə alır? - Video

09:00

Ermənistan Rusiyadan istədiyi qədər silah ala bilər. Məsələ kimin çox silah almasında deyil, daha keyfiyyətli silah almasındadır. Rusiya Ermənistana hər dəfə modernləşdirilmiş adı altında SSRİ istehsalı silahlar verir. Azərbaycan və Ermənistan ordusunu müqayisə etmək kifayət edir. Aprel döyüşləri hər şeyi aydın göstərdi.

Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Moskvada keçirilən “Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyanın Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan bu gedişlə çətin ki, müstəqil bir ölkə ola bilsin:

“Rusiyanın Ermənistana silah satması bizim maraqlarımıza uyğun deyil. Lakin bu da bir reallıqdır ki, Rusiya dövlət büdcəsini məhz silah satışı hesabına doldurur. Digər tərəfdən Moskvanın Ermənistana bu qədər çox və ucuz silah satmasının pərdəarxası məqamları var.

Mahiyyət etibarilə Rusiya silah satışı hesabına Ermənistanı daim özündən asılı vəziyyətdə saxlayır. Məsələ ondadır ki, “Rosoboroneksport” “Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir. Ermənistan Rusiya şirkətlərindən silahları elə rəsmi Moskvanın verdiyi maliyyə kreditləri hesabına ala bilir. Yəni Ermənistan rusun pulu ilə rusun silahını alır. Heç kəsə sirr deyil ki, Ermənistan Rusiyadan aldığı borcları heç vaxt ona qaytara bilməyəcək. Əvəzində isə Rusiya bu ölkəni hər zaman nəzarətdə saxlayacaq və öz forpostu edəcək. Bunu Ermənistan rəhbərliyi də yaxşı anlayır".

Tarix
2020.08.26 / 11:09
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla