Yuxarı

Eks-deputatı: “Tiflis "soyqırımı” tanımayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eks-deputatı: “Tiflis "soyqırımı” tanımayacaq”

"Ermənilər yaxşı anlayırlar ki, Gürcüstan parlamenti heç bir zaman onların tələblərini tanımayacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstan parlamentinin eks-deputatı Ramin Bayramov çıxış edib.

Onun sözlərinə görə, "erməni soyqırımı"nın tanınması Gürcüstan azərbaycanlılarına qarşı təhqir olardı:

"Erməni millət vəkilinin Gürcüstan parlamentindəki təklifini hamımız gözləyirdik və əmindik ki, azərbaycanlı deputatlar erməni həmkarlarına lazımi cavab verəcəklər. Mən ən azından bilirdim ki, Azər Süleymanov erməni deputatların azad şəkildə fəaliyyətinə imkan verməyəcək. Ermənilər həqiqətən də inanırlar ki, onlara qarşı əslində soyqırım olub. Bunun 100 illiyi ərəfəsində ermənilərin bütün dünya və Gürcüstanda böyük aktivliyi gözləmək olardı. Bu məsələ demək olar ki, hər il Gürcüstan parlamentində ortaya atılır və hər dəfə də azərbaycanlı və bəzi gürcü deputatların kəskin reaksiyasına səbəb olur. Əlbəttə, Gürcüstan heç bir zaman Türkiyə və Azərbaycanla xoş münasibətlərindən dolayı bu soyqırımı qəbul etməyəcək. Bundan əlavə, Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır və əgər belə bir şey baş versə, onlar bunu təhqir kimi qəbul edərlər. Amma Gürcüstan parlamentində belə bir məsələnin müzakirəsi də arzulanan deyil. Ermənilər yaxşı anlayırlar ki, Gürcüstan parlamenti heç bir zaman onların tələblərini tanımayacaq. Onlar bunu qanunverici orqanının tribunasına ona görə çıxarırlar ki, bu faciənin tarixi haqqında çoxları məlumatlı olsunlar. İndiki zamanda onun genosid olub-olması onları maraqlandırmır. Əsas məsələ odur ki, bu, gündəmdə qalsın və qarşıda yaranacaq siyasi şəraitdən istifadə edərək, onu tanıtdıra bilsinlər. Məncə, burada əsas günah bizdədir. Biz azərbaycanlılar özümüzə qarşı soyqırımla bağlı dəqiq faktlara sahibik, amma onları professional şəkildə istifadə edə bilmirik".

Tarix
2015.04.16 / 18:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla