Yuxarı

Bir şəklin tarixçəsi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir şəklin tarixçəsi - Foto

70-ci illərdə SSRİ-də şahmat xüsusi bir idman sahəsi olaraq fərqlənirdi. Sovet cəmiyyətində qədim hind oyununa maraq böyük idi. O dövrdə Mərkəzi Komitədə çalışan professor Çapay Sultanov öz kitabında yazır ki, Bakıda tez-tez gənc şahmatçıların ümumittifaq turniri keçirilirmiş.

Modern.az-ın "Bir şəklin tarixçəsi" rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin dövrdən bəhs edir. Şəkildə 80-ci illərin əvvəllərində Bakıda təşkil edilən şahmat turnirinin iştirakçıları əks olunub. Şəkildəkilərdən bir nəfər şahmatçı deyil – ön sırada solda dayanan şəxs...

Bu, o zaman 26-lar rayonunun (indiki Səbail) Partiya Komitəsinin birinci katibi Ramiz Mehdiyevdir. Cənab Mehdiyev şahmat turnirinin iştirakçılarını qəbul edəndən sonra onunla şahmatçıların bu xatirə şəkli çəkilib. Ramiz müəllimin yanındakı xanım məşhur gürcü şahmatçısı, dünya çempionu Maya Çiburdanidzedir... Onun adı 80-ci illərdə bir şahmatçı kimi təkcə SSRİ-də deyil, xaricdə də məşhur idi...

Görüşdən sonra R.Mehdiyev nə barədəsə o zaman tanınmış qrossmeystr Eduard Qufeldlə xeyli söhbət edibmiş. Sonradan Qufelddən "siz nə barədə danışrdınız?" soruşduqda qrossmeystr belə cavab vermişdi: "Mənim Rusiyanın, Ukraynanın, Gürcüstanın çox sayda yüksək partiya işçiləri ilə görüşüm olub. Amma Mehdiyev nəsə qeyri-adidir. İclasda şahmat haqqında ümumi danışan, partiyanın qayğısından bəhs edən Ramiz müəllim mənimlə təkbətək söhbətdə şahmat barədə elə məsələlərə toxunurdu ki, ona cavab verməkdə çətinlik çəkirdim".

Yeri gəlmişkən, 1981-ci ildə Mərkəzi Komitə işçiləri arasında keçirilmiş şahmat yarışlarında da Ramiz Mehdiyev özünün yaxşı şahmat oynamağı ilə fərqlənib.

Qeyd edək ki, bu gün Azərbaycanın nüfuzlu dövlət adamı, ictimai-siyasi xadim, akademik Ramiz Mehdiyevin 77 yaşı tamam olur.

Tarix
2015.04.17 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla