Yuxarı

Polkovnik: Ordumuz niyə Qafqaz-2020-yə qatılmadı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik: Ordumuz niyə Qafqaz-2020-yə qatılmadı? - Video

08:00

Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ermənistan öz işğalçı siyasətindən heç bir halda imtina etmir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın nəinki Qafqaz-2020, ümumiyyətlə, heç bir hərbi təlimdə Ermənistan hərbçiləri ilə birlikdə iştirakı mümkün deyil.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Qafqaz-2020 təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməməsini şərh edərkən deyib.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan Ordusu dünyanın bir çox hərbi yarışlarında iştirak edir:

“Müxtəlif vaxtlarda keçirilən hərbi yarışlarda Ordumuzun yüksək peşəkarlığı və dəqiqliyi sayəsində qələbələr qazandığının şahidi oluruq.

Bildiyiniz kimi, bir müddət öncə Rusiya Müdafiə naziri Sergey Şoyqu ölkəmizdə rəsmi səfərdə oldu. Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənova Rusiyada keçiriləcək Qafqaz-2020 təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməsini təklif etmişdi. Lakin cənab nazir bu təklifi qəbul etməmişdi. Düşünürəm, təlimlərdə iştirak bir seçimdir. Azərbaycan da öz seçim haqqından istifadə edərək, Qafqaz-2020 təlimlərində iştirakdan imtina edib. Azərbaycanın Qafqaz-2020 təlimlərində iştirak etməməsinin bir sıra səbəbləri var:

Birincisi, Qafqaz-2020 təlimlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr iştirak edir. Azərbaycan bu iki təşkilata üzv deyil.

İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir üzvü olan Ermənistan da bu təlimlərdə iştirak edir. Azərbaycan ümumiyyətlə, Ermənistanın iştirak etdiyi heç bir hərbi təlimdə iştirak etmir. Ona görə də rəsmi Bakının bu təlimlərə qatılmaması çox təbii və zəruridir”.

Tarix
2020.09.08 / 10:51
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla