Yuxarı

2 ev, 1 çayxana yandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə ölkə daxilində 3 yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə Şəki, Kürdəmir və Balakən rayonlarında yanğın olub.

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət çayxananın içərisində 20 kv.m sahədə məişət əşyaları yanıb. Çayxana yanğından mühafizə olunub və yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir rayonu, Carlı kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqdan ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakən rayonunda da yanğın olub. Rayonun Qullar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.

Tarix
2013.12.24 / 09:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla