Yuxarı

“Məzlum” erməniləri “yeni işğal”a kim həvəsləndirib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məzlum” erməniləri “yeni işğal”a kim həvəsləndirib? - Video

09:00

Son zamanlar Rusiyanın Ermənistana silah yardımı etməsi rəsmi İrəvanı müharibəyə həvəsləndirib. Lakin İrəvan anlamır ki, Rusiya bu yolla onu arxayınlaşdırır. Ehtimal bir müharibə zamanı Rusiya Ermənistana dəstək verməyəcək. Çünki Rusiya Cənubi Qafqazda nə Ermənistanı, nə də Azərbaycanı qalib görmək istəyir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “dqr” separatçılarının Goranboyu ələ keçirməklə bağlı sözlərini şərh edərkən deyib.

O qeyd edib ki, ermənilər üçün vacib olan “dənizdən-dənizə böyük Ermənistan” xülyasıdır:

“Samvel Babayan və erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyanın Goranboyu ələ keçirməklə bağlı səsləndirdiyi fikirlər heç bir məntiqi reallığa sığmır. Məsələ ondadır ki, bu sözlər birbaşa onların deyil, İrəvanın sözləridir. Yəni təlimat İrəvandan gəlir, onlar da deyirlər. Bu gün düşmən tərəfin Azərbaycanın yeni ərazilərinə iddia etməsi, hətta bunu açıqca dilə gətirməsi bir şeydən xəbər verir: Ermənistan işğal edilmiş torpaqları danışıqlar yolu ilə geri qaytarmayacaq.

Samvel Babayanın Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” bildirərkən, əslində ermənilərin əsas məqsədini büruzə vermiş oldu. Belə ki, ona görə sabah müharibə başlasa və uğur qazansalar, Goranboy rayonunu işğal etməyəcəklər, çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Baxın, bu sözlər bu gün dünya ictimaiyyətinə özünü məzlum, fəqir, zülmə məruz qalan xalq kimi təqdim edən ermənilərin əsl xislətidir. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq”.

Politoloq vurğulayıb ki, Ermənistanın Goranboy, Gəncə kimi Azərbaycan torpaqlarına iddia etməsinin əsas səbəbi Rusiya faktorudur:

“Ermənistan hər zaman Rusiyaya arxalanır. Şübhəsiz, rəsmi Moskva da İrəvanı əzizləməyə davam edir. Lakin reallıq ondan ibarətdir ki, hər an başlaya biləcək bir müharibə zamanı Rusiya Ermənistana vaxtında kömək edə bilməyəcək. Buna görə də son zamanlar Ermənistana Rusiya tərəfindən tonlarla silah yardımı edilir. Bu yardım ən yaxşı halda Azərbaycan Ordusunun zərbələrinə Ermənistanın qısa müddət dözməsinə kömək edə bilər, vəssalam”.

Tarix
2020.09.10 / 11:24
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla