Yuxarı

Sisinin Misiri Türkiyə ilə əməkdaşlığa hazırdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sisinin Misiri Türkiyə ilə əməkdaşlığa hazırdır?

Türkiyə və Misir razılaşsa, digər ölkələr gözləmə nöqtəsinə qayıdacaqlar.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Türkiyə və Misir arasında Aralıq dənizinin şərq hissəsi ilə bağlı aparılan müzakirələrlə bağlı deyib.

Politoloqun sözlərinə görə, Türkiyə ilə Misir arasında tam razılıq əldə etmək mövcud vəziyyətdə çox çətin görünür:

“Düzdür, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından məlum oldu ki, Türkiyə ilə Misir Aralıq dənizində birlikdə əməkdaşlıq edir. Bu özü belə bir daha sübut edir ki, rəsmi Ankara regionda gərginlik yaratmaq niyyətində deyil və əməkdaşlığa razı olan istənilən region ölkəsi ilə birlikdə hərəkət edə bilər”.

Politoloq qeyd edib ki, rəsmi Qahirə ilə Ankara arasında münasibətləri soyudan iki faktor var:

“Birincisi, Türkiyə Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Əbdülfəttah Sisinin hakimiyyətini tanımır. Ərəb baharı zamanı rəsmi Ankaranın müxalifləri dəstəkləməsi bu gün Misirlə münasibətlərin soyumasının başlıca səbəbidir.

İkincisi, Misir Türkiyə ilə Liviyada faktiki olaraq qarşı-qarşıya gəlir. Rəsmi Ankaranın Sərraca dəstək verməsi və Haftarın tədricən mövqelərini itirməsi ilk növbədə Qahirəni narahat edir. Liviyada Haftarın devrilməsi Misirin maraqlarına uyğun deyil. Faktiki olaraq Sisi Haftardan sonra sıranın özünə gələcəyini düşünür. Buna görə də Haftara bütün gücü ilə dəstək verir”.

Tarix
2020.09.10 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Startfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla