Yuxarı

“Türk dünyasının CNN”-i yarana bilərmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türk dünyasının CNN”-i yarana bilərmi?

Etnik prinsip əsasında ümumi vahid media platformasının yaradılması mürəkkəb məsələdir.

Bunu Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının Real TV-nin “Real İntervyu” proqramında çıxışı zamanı türk dünyasının maraqlarına xidmət edən CNN və “Əlcəzirə” formatında vahid media orqanının yaradılması ilə bağlı təklifini şərh edərkən deyib.

Professorun sözlərinə görə, türkdilli dövlətlər arasında belə ideyanı konkret layihə kimi reallaşdırmaq mümkündür:

“Hazırda Azərbaycan-Türkiyə vahid platformasını yaratmaq istəyirik. Bu barədə əvvəldən danışıqlar aparılıb. Amma türkdilli ölkələrdə fərqli maraqlar, fərqli siyasi sistemlər var. Ona görə də burada ümumi media platformasını yaratmaq çətindir. Məsələn, indi türkdilli xalqların ortaq televiziya kanalları nəyi yayır? Musiqi, mədəniyyət və sair kimi sahələrə aid materialları. Bu cür informasiya axınını təmin etmək mümkündür, amma geniş mənada xəbərləşmə, analitika, araşdırmalar - bunlar çətin prosesdir. Amma bu arzu gerçəkləşsə, türkdilli dövlətlər üçün mühüm informasiya mənbəyi olar”.

Tarix
2020.09.10 / 08:15
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla