Yuxarı

Yay bitir: qadınlar diqqətli olsunlar – Kosmetoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yay bitir: qadınlar diqqətli olsunlar – Kosmetoloq

İsti yay günləri başa çatandan sonra xanımları ən çox düşündürən məsələlərdən biri də dəriyə qulluqdur. Qadınlar dərinin təravətli və sağlam qalması üçün müxtəlif yollara baş vursalar da, mütəxəssislər peşəkar tövsiyəsinin önəmli olduğunu bildirirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan kosmetoloq Leyla Məmmədova bildirib ki, adətən fəsil dəyişiklikləri zamanı dəridə vitaminsizlik, qidasızlıq müşahidə olunur:

“Bununla əlaqədar olaraq dəridə qırışlar yarana bilər. Yay mövsümündən sonra xanımların üz dərisində quruluq, cansızlıq və solğunluq hiss olunur. Yaydan çıxmış dərini qidalandırmaq və vitaminlə təmin etmək üçün qidalandırıcı plazmaliftinq və biorevitalizasiya prosedurları, pilinqlər məsləhət görülür”.

Kosmetoloqun sözlərinə görə, xanımların əsas şikayəti dəri quruluğu ilə bağlıdır:

“Dəri quruduğu zaman qırışlar çoxalır, üz düşür və boşluqlar yaranır. Quru dəri üçün ev şəraitində maskalar müxtəlifdir. Hər bir xanımın individual dərisi var. Bu maska birinə yaxşı təsir etdiyi halda digərinə allergiya verə bilər. Ona görə də bu məsələyə həssas yanaşmaq lazımdır”.

Leyla Məmmədova bildirib ki, son zamanlar sosial şəbəkələrdə kosmetoloji proseslərə dair çoxsaylı reklamlar yerləşdirilir:

“İlk növbədə kosmetoloqun tibbi təhsili olmalıdır. Adi botoks proseduru zamanı üzə iynə yeridilir və həkim üzdəki əzələ və sinirlərin dəqiq yerini bilməlidir. Bunu isə ancaq tibbi təhsil alan həkimlər dərindən bilir. Bu prosedur düzgün yerinə yetirilməzsə, dəridə, ümumiyyətlə, bədəndə böyük fəsadlar əmələ gələ bilər”.

Tarix
2020.09.10 / 02:15
Müəllif
Ülviyyə Mirzəyeva
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla