Yuxarı

Bu 7 ölkənin taleyi Türkiyənin əlindədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fransanın Avropada güc balansını öz əlində cəmləməsi ilə barışa bilməz. Çünki bu, Avropa ölkələri üçün müsbət nəsə vəd vermir. Faktiki olaraq Yunanıstan Fransanın dəstəyi ilə Türkiyəyə meydan oxuyur. Bu mənada ABŞ Dövlət katibi Mayk Pompeonun Kiprə səfəri çox vacibdir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Dövlət katibi Mayk Pompeonun Kiprə səfər etməsini şərh edərkən deyib.

O qeyd edib ki, Şərqi Aralıq dənizində baş verən Türkiyə-Yunanıstan gərginliyi rəsmi Vaşinqtonu ciddi narahat edir:

“Xüsusilə məsələyə Fransanın həddindən artıq müdaxilə etməsi, eyni zamanda Afinanın Parisin dəstəyi ilə aqressiv ritorikaya keçməsi Vaşinqtonun məsələyə müdaxiləsini zərurətə çevirdi.

Şübhəsiz, həm Türkiyə, həm də Yunanıstan ABŞ üçün önəmlidir. Lakin iki ölkənin siyasi çəkisi bərabər deyil. Məsələ ondadır ki, Türkiyə ABŞ üçün regionda, xüsusilə də Yaxın Şərqdə əvəzolunmaz müttəfiqdir. Bu mənada Pompeonun Kiprə səfəri xeyli maraqlıdır”.

Politoloq vurğulayıb ki, ABŞ-ın Yaxın Şərq üçün təqdim etdiyi “Əsrin müqaviləsi”nin tam mənasında effekt verməsi üçün Türkiyənin dəstəyi vacibdir:

“Hazırkı vəziyyətdə ABŞ üçün Türkiyə-Yunanıstan qarşıdurması arzuolunan deyil. Bunun qarşıdurma Vaşinqtonun Yaxın Şərq üçün təqdim etdiyi “Əsrin müqaviləsi”nin çökməsi deməkdir. Bir çoxları bu nüansı vurğulamasa da, ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var. Bu mənada Pompeonun Kipr səfəri daha çox Aralıq dənizinin şərq hissəsində yaranan gərginliyin azaldılması üçün müzakirələrin aparılması baxımından vacib sayılır. Pompeo açıqlamasında böhranın həlli üçün real dialoqun qurulmasının vacibliyini vurğulayıb. Tərəflər ABŞ vasitəçiliyi ilə danışıqlar masasına oturub uzlaşa bilər”.

Politoloq Fransanın Korsika adasında Ankaraya qarşı bir araya gələn 7 dövlətin Türkiyəyə iki həftə vaxt verməsinə də münasibət bildirib:

“Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin Türkiyə qarşı müzakirələr apardı və bəyanat qəbul etdi. Bu bəyanatda bildirilir ki, Türkiyə ilə irəliləyişlər əldə edilməyəcəyi təqdirdə Avropa Birliyi əlavə tədbirlər həyata keçirə bilər.

Birincisi, bu ölkələrin məqsədi həqiqətən də Türkiyə ilə mövcud problemin həlli üçün dialoq aparmaq olsaydı, Korsika adasında keçirilən görüşə rəsmi Ankaranı da dəvət edərdilər. Bu görüşün məqsədi Ankaranın gözünü qorxutmaqdır.

İkincisi, 7 ölkənin Türkiyəyə sentyabrın ikinci yarısında keçiriləcək Avropa Birliyi liderlərinin zirvə görüşünə qədər regionda mavi qaz axtarışını dayandırmaq üçün vaxt verməsi, əks təqdirdə sanksiya ilə hədələməsi mənasızdır. Başda Fransa olmaqla, digər ölkələr anlamalıdırlar ki, bu gün suriyalı miqrantlarla aralarındakı tək ölkə Türkiyədir. Rəsmi Ankara sərhədləri miqratlar üçün açarsa, bu zaman adı çəkilən 7 ölkə Avropa Birliyi liderlərinin zirvə görüşündə Avropaya axın-axın gələn suriyalı miqrantları müzakirə etməli olacaq”.

Tarix
2020.09.12 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla