Yuxarı

Əlibəylidə son durum: Erməni kimdir ki... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Tovuz istiqamətində yenə də gərginlik yaratmağa cəhd edir. Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Axar.az xəbər verir ki, düşmənin kəndlərimizi iriçaplı silahlardan atəşə tutması onun məkrli niyyətini göstərir. Əlibəyli kəndinin sakinləri artıq uzun illərdir atəş səslərinə öyrəşdiklərindən gündəlik işləri ilə məşğuldurlar. Sakinlər bildirirlər ki, ermənilər atəşkəsi pozsa da, güllə səsləri onları narahat etmir. Ordumuza güvənən sakinlər həyət-baca, əkin-biçin işləri ilə məşğuldurlar.

Əlibəyli kənd sakini Fərhad Tanrıverdiyev AzərTac-a qeyd edib ki, düşmən axırıncı dəfə sentyabrın 13-də kəndi, dinc sakinlərin evlərini atəşə tutub:

“Evlərimizi əsasən gecə atəşə tuturlar. Onların məqsədi kənd sakinlərini qorxutmaqdır. Amma bu istəklərinə nail ola bilməyəcəklər. Ordumuz, əsgərlərimiz onların cavabını layiqincə verirlər. Düşmənin məkrli niyyəti baş tutmayacaq. Biz öz ordumuza güvənirik. Kənddə həyat öz axarı ilə davam edir. Hamı indi payız mövsümü ilə əlaqədar mal-qarasının qış tədarükünü görür”.

Kəndə qonaq gələn Namiq Musayev də düşmənin açdığı atəş səslərini eşidib. O da digər sakinlər kimi, əsgərlərimizə güvəndiyini deyib. “Mən Əlibəyli kəndinə qonaq gəlmişəm. Biz heç nədən qorxmadan, çəkinmədən öz yurdumuzdayıq. Qoy düşmən qorxsun! Ordumuzla qürur duyuruq, fəxr edirik. Bu torpaqlar bizimdir. Erməni kimdir ki, ondan qorxaq?!” – deyə N.Musayev bildirib.

Qeyd edək ki, düşmənin son təxribatı zamanı hərbçi və mülki şəxslərdən ölən və ya xəsarət alan olmayıb. Hazırda cəbhəboyu ərazilərdə vəziyyət tam olaraq ordumuzun nəzarəti altındadır.

Tarix
2020.09.14 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla