Yuxarı

Ehtiyatda olan erməni zabitlər orduya çağırıldı: Səfərbərlik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 15 sentyabrdan başlayaraq, ehtiyatda olan birinci qrup kiçik zabitlərin və zabitlərin orduda təlimi başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan açıqlama verib.

Onun sözlərinə görə, ehtiyatda olanların hər biri 10 gün təlim keçəcək:

“Təlim ümumilikdə ehtiyatda olan 786 nəfərə şamil olunacaq. Onlardan 524 nəfər sıravi, 82 nəfər kiçik zabit, 180 nəfər isə ehtiyatda olan zabitdir”.

Ümumilikdə təlimlər 15 dekabra qədər davam edəcək.

Müdafiə Nazirliyi təlimlərin əsas məqsədinin son vaxtlar ordunun əldə etdiyi yeni silahlarla ehtiyatda olan zabit və əsgər heyətinin tanış olması və onlardan istifadəni mənimsəməsi ilə bağlıdır.

Qeyd edək ki, hazırkı koronavirus pandemiyası zamanı Ermənistanın ehtiyatda olan əsgər və zabitləri təlim üçün orduya cəlb etməsi birmənalı qarşılanmayıb. İddialara görə, bu, Ermənistanın müharibə hazırlığı ilə bağlıdır.

Tarix
2020.09.14 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla