Yuxarı

Koronanın yeni dalğası: Əsas bundan narahatıq – Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanın yeni dalğası: Əsas bundan narahatıq – Professor

Azərbaycanda koronavirusla bağlı yoluxma sayı ötən aylara nisbətən azalıb. İkinci dalğanın start götürməsi isə gözlənilən deyil.

Bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla Azərbaycanda koronavirusun ikinci dalğasının meydana gəlmə ehtimalı haqda danışarkən deyib.

Avropada COVİD-19-un ikinci dalğasının yayılması haqda danışan ekspert bunun səbəbini birinci dalğanın tamamilə aradan qalxması ilə əlaqədar olduğunu bildirib:

“Bir çox Avropa ölkəsində isə artıq koronavirusun ikinci dalğası başlayıb və ÜST bununla bağlı həyəcan təbili çalır. Hazırda Avropada yoluxma tədricən yüksəlməkdədir. Buna görə də həmin ölkələrdə pandemiyanın ikinci dalğası elan edilib. Bizdə isə bu, reinfeksiyadır, onu ikinci dalğa adlandırmaq olmaz. Azərbaycanda birinci dalğa qurtarmamış ikinci dalğanın olması gözlənilmir. Hazırda ən böyük problem payız vaxtı soyuqdəymə xəstəlikləri ilə COVİD-19-un diferensiasiyası ola bilər. Bundan sonra isə virusun təxminən zəifləyib yoxa çıxacağı proqnozlaşdırılır. Əsas qorxumuz payızda mövsümi soyuqdəymə xəstəlikləridir. Bu, öz növbəsində COVİD-lə qarışıqlıq yarada bilər”.

Qeyd edək ki, bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layihəsi çərçivəsində hazırlanıb.

Tarix
2020.09.15 / 08:45
Müəllif
Ülviyyə Mirzəyeva
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla