Yuxarı

İraq şirkətləri Bakıya gəlmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq şirkətləri Bakıya gəlmək istəyir?

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu dövlətin Ticarət Palatasının sədri Əbdülrəzzaq əl-Zuhir və yerli sahibkarlarla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə qarşılıqlı iqtisadi əlaqələrin perspektivləri müzakirə edilib.

N.Məmmədov Azərbaycanın İraq ilə iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilir.

Diplomat bildirib ki, Azərbaycan İraqa kənd təsərrüfatı məhsulları ixrac etmək potensialına malikdir. İki ölkə turizm, tikinti və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensiala malikdir. Azərbaycan Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi tanınır, həyata keçirilməkdə olan güclü iqtisadi islahatlar çərçivəsində yaradılan müasir infrastruktur iqtisadi fəallığın artmasına xidmət edir, dayanıqlı iqtisadi inkişaf üçün əlverişli şərait yaradılıb.

Müvəqqəti işlər vəkili Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq mahiyyət daşıyan TANAP və TAP qaz kəmərləri barədə ətraflı məlumat verib.

İraqın Ticarət Palatasının sədri Əbdülrəzzaq əl-Zuhir qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi niyyətini ifadə edərək, bu istiqamətdə lazımi işlərin görülməsi üçün hazır olduqlarını deyib. Həmçinin iki ölkə arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və investisiya layihələri mübadiləsinin vacibliyi qeyd olunub. İraqın kənd təsərrüfatı, tikinti, İKT, kimya, metallurgiya və turizm sahələrində birgə fəaliyyəti üçün potensialının yüksək olduğu vurğulanıb.

Görüşdə iştirak edən İraq şirkətlərinin rəhbərləri, eləcə də yerli sahibkarlar ölkəmizə səfər etmək istəklərini bildiriblər.

Tarix
2020.09.18 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla