Yuxarı

Mnatsakanyanın Bakıya dost ölkədə gülünc cəhdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mnatsakanyanın Bakıya dost ölkədə gülünc cəhdi

Mnatsakanyanın Misirə səfəri çərçivəsində bu ölkənin dövlət kanalına Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanın xəstə təfəkkürlü xarici siyasətinin təzahürüdür. Xüsusilə torpaqlarını işğal etdiyi bir ölkə haqda işğalçı fikri formalaşdırmağa çalışmaq çox gülüncdür.

Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri çərçivəsində bu ölkənin dövlət kanalına Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Misir həm Ərəb Liqasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür:

“Bu mənada Misir islam dünyasında xüsusi çəkiyə malikdir. Şübhəsiz, bunu rəsmi İrəvan da yaxşı bilir və çalışır ki, Qahirənin gözündə özünü sülhpərvər, konstruktiv, ən əsası da qonşuları ilə dostluq münasibəti quran ölkə kimi göstərsin.

Ümumiyyətlə, son zamanlar Ermənistan xarici siyasətinə baxdıqda antiazərbaycan və antitürkiyə koalisiyasında yer almaq istədiyini görə bilərik. Heç təsadüfi deyil ki, Şərqi Aralıq dənizində yaşanan gərginliklə əlaqədar Ermənistan Yunanıstanın lehinə antitürk bəyanatı verdi. Bu belə onu göstərir ki, rəsmi İrəvan bu gün “düşmənimin düşməni mənim dostumdur” taktikasına əl atır. Yəni bu gün Yunanıstan, Fransa, Cənubi Kipri özü üçün “əsas müttəfiq” olaraq görür”.

Politoloqun sözlərinə görə, Misir-Azərbaycan münasibətləri Ermənistanın anlaya bilməyəcəyi bir səviyyədədir:

“Bu gün Misir-Azərbaycan münasibətləri uğurla davam etməkdədir. Rəsmi Qahirə müxtəlif təşkilatlarda Azərbaycanla birlikdə çıxış edir və hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Rəsmi İrəvanın ölkələrarası münasibətləri pisləşdirmək cəhdi boş cəhddən başqa bir şey deyil. Bu mənada düşünmürəm ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri effektiv ola bilər”.

Tarix
2020.09.18 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla