Yuxarı

PA rəsmisindən Avropaya növbəti xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəsmisindən Avropaya növbəti xəbərdarlıq

"Avropa İttifaqının atdığı addımlar uzun müddətdir ki, Nabukko ilə bağlı aparılan danışıqlarla üst-üstə düşmür".

Axar. xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.

"Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın. 7-8 il ərzində Nabukko ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. İndi artıq Nabukko tamam unudulub, görəsən Avropada belə məsələlərə əhəmiyyət verilir?".

Qeyd edək ki, Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Nabukko qaz kəməri layihəsinin ümumi dəyəri 7,9 mlrd. avrodur.

Xatırladaq ki, Rusiyanın "Cənub axını" kəmərinə alternativ hesab olunan "Nabucco" kəməri layihəsi 2013-cü ildə Avropa Komissiyası tərəfindən rəsmən ləğv edilib.

Tarix
2015.04.21 / 15:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla