Yuxarı

AŞ-ın baş katibi azərbaycanlı əsirlərdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞ-ın baş katibi azərbaycanlı əsirlərdən danışdı

"Əsirlikdə olan Azərbaycan vətəndaşlarının azad edilməsi üçün çalışırıq. Ancaq indi konkret hansı işlərin görüldüyünü desəm, prosesin yubana biləcəyindən ehtiyat edirəm".

Musavat.com xəbər verir ki, Avropa Şurasının baş katibi Torbörn Yaqland bu sözləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavab verərkən deyib.

Baş katibin deputatların suallarına cavab verməsi praktikası AŞPA-da ilk dəfə yaşanıb. Sessiyanın gedişində 10 deputata baş katibə sual vermək imkanı yaradılıb.

Azərbaycan təmsilçisi Qənirə Paşayeva Ermənistanda əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansı işlərin görüldüyü və nəticələrin nə zaman bilinəcəyi ilə maraqlanıb.

Torbörn Yaqland deyib ki, bu məsələ onun davamlı nəzarətindədir: "Əsirlərlə bağlı durumu davamlı olaraq izləyirəm. Onların azad edilməsi üçün çalışmalarımız davam edir. Ümid edirəm ki, biz bu məsələdə razılıq əldə edəcəyik. Bütün detalları açıq deməyə çətinlik çəkirəm. Ancaq bilin ki, bu, bizi narahat edən məsələdir".

Tarix
2015.04.21 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla