Yuxarı

Türkiyənin bəyanatında şok mesaj: NATO Qarabağa girə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hər zaman Azərbaycanın yanında olub. Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatı da bunu bir daha sübut edir.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Türkiyə XİN-in son bəyanatında iki önəmli məqam var:

“Rəsmi Ankara bəyanatında açıq şəkildə bəyan edir ki, Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüz kimi qəbul edilir. Bu, olduqca vacib bir məqamdır. Belə ki, Türkiyə NATO ölkəsidir. NATO-nun nizamnaməsinə görə, üzv ölkələrdən hər hansı biri müharibəyə müdaxilə edər və ya ona qarşı hücum olarsa, digər üzv ölkələr qeyri-şərtsiz həmin ölkəyə hərbi yardım etməlidir.

Digər bir diqqət çəkən məsələ isə Ankaranın ATƏT-in Minsk Qrupunu münaqişəni həll edə bilmədiyini elan etməyə çağırmasıdır. Bu da zamanında verilmiş bəyanatdır. Çünki BMT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını ATƏT-ə həvalə edib. Hətta bu səbəbdən Minsk Qrupu yaradılıb. Gəlin etiraf edək ki, bu gün bu qurum münaqişənin həllində heç bir irəliləyiş əldə edə bilməyib. Mövcud vəziyyət bir daha bunu təsdiqləyir. Bu mənada ATƏT-in Minsk Qrupu istefa verməli, fəaliyyətini dayandırmalıdır”.

Tarix
2020.09.22 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla