Yuxarı

Vətəndaşsızlıq halları ilə bağlı hərəkətə keçildi - DMX

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupu”nun bu gün ilk iclası onlayn formatda keçirilib.

DMX-dən Axar.az-a bildirilib ki, İşçi qrupunun tərkibində Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyi təmsil olunur.

İlk iclasda çıxış edən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan işçi qrupunun məqsədləri və vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülmüş işlərə dair məlumat verib. İşçi qrupunun ölkə üzrə vətəndaşsızlıq vəziyyətində olan şəxsləri aşkarlayaraq sənədləşdirmək üçün zəruri tədbirlər görəcəyinə əminliyini ifadə edib.

Onlayn tədbirdə, həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea “Vətəndaşsızlıq” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb. İşçi qrupunun fəaliyyət qaydası layihəsinə baxılıb.

Tarix
2020.09.22 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla