Yuxarı

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan beynəlxalq hüquq tanımır. Xüsusilə BMT-nin dörd qətnaməsini bu günə qədər yerinə yetirməməsi bu ölkənin faktiki olaraq dünyanın ən ali beynəlxalq qurumunu ciddiyə almadığını göstərir. Bu mənada ölkə başçısının BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Azərbaycan həqiqətlərini dünya dövlətlərinin diqqətinə çatdırması vacib hadisədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videoformatda çıxışı zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Prezident bir daha Azərbaycanın haqlı səsini bütün dünya ölkələrinin diqqətinə çatdırdı:

“BMT Baş Assambleyasının 75-ci sessiyası olduqca maraqlı məqamlarla yadda qaldı. Xüsusilə Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər diqqətəlayiq idi.

Təcavüzkar ritorika və təxribatlara əl atan Ermənistan bu gün təkcə münaqişənin sülh yolu ilə həllinə deyil, eyni zamanda Cənubi Qafqazın dünyanın ən qaynar münaqişə ocaqlarından biri halına gəlməsinə səbəb olur. Rəsmi İrəvan yalnız Azərbaycan üçün deyil, digər qonşu ölkələr üçün də potensial təhlükə mənbəyidir. Məsələ ondadır ki, sözdə “dənizdən-dənizə böyük Ermənistan” ideaları ilə hərəkət edən təcavüzkar ölkə Türkiyə kimi regionun aparıcı ölkəsinə belə ərazi iddiası ilə çıxış etməkdən çəkinmir.

Prezident bu mənada mövqeyini dünya dövlətlərinin diqqətinə çatdırdı. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Tarix
2020.09.23 / 09:07
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla