Yuxarı

Bibiheybətdə mən göstəriş verdim... - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ora da hazır olanda mənə deyin, gedib baxarıq. Bəli, Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Balaxanı qəsəbəsinin sakinləri ilə görüşündə bildirib.

"O vaxt Bibiheybətdə mən göstəriş verdim, dedim bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan, tikinti materiallarından abidə kimi neft buruğunun maketi yaradılsın. İndi xaricdən gələn qonaqlar görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır, əlbəttə ki, bu yerdə. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik", - İ.Əliyev qeyd edib.

Tarix
2020.09.23 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla