Yuxarı

Mehdiyev haqda "saxta alim" iddiasına AMEA-dan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirib. Belə ki, o, mətbuata açıqlamasında akademik Ramiz Mehdiyevin 1993-cü ildə Prezidentin İcra Aparatının Ümumi şöbəsinə müdir təyin edildikdən sonra, öz vəzifəsindən istifadə edərək doktorluq dissertasiyasını müdafiə etdiyini bildirərək, faktları kobud şəkildə təhrif edib.

Axar.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytında Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin imzası ilə yayılan açıqlamada bildirilib.

Qeyd edilib ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə edib. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapıb. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.

1994-cü ilin 4 fevral tarixində isə Ramiz Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib. Bu faktı təsdiq edən sənədlər də öz növbəsində müvafiq qurumların arxivlərində saxlanılmaqdadır. Azərbaycan Respublikasının istənilən vətəndaşı rahatlıqla həmin sənədlərlə tanış ola bilər. Ölkə başçısının imzaladığı hər hansı siyasi sənədin, xüsusilə də yüksək dövlət vəzifələrinə təyinatla bağlı sərəncamların mətninin, yaxud tarixinin saxtalaşdırılmasına dair iddialar olduqca qeyri-ciddi səslənir. Belə iddiaların elmlər doktoru tərəfindən ifadə edilməsi isə təəssüf doğurur.

Həmçinin əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır.

Qeyd edək ki, Ə.Abbasov əslində R.Mehdiyevin dissertasiyanı 1994-cü ildə müdafiə etdiyini, amma AAK-ın təsdiqini isə bir neçə ay əvvələ - vəzifəyə təyin olunana qədərki tarixə çəkdirdiyini bildirmiş, PA-da şöbə müdiri təyin olunana qədər dissertasiyasının zəif olması səbəbindən dəfələrlə geri qaytarıldığını iddia etmişdi. Onun sözlərinə görə, R.Mehdiyev yalnız vəzifəsi hesabına elmi ad ala bilib.

Tarix
2020.09.24 / 09:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla