Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Fevral 2019


Əkrəm Əylisli: Anar şər-böhtan südü əmib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anar: "Ermənipərəst Əkrəm Əylisli abrına qısılıb xəcalət çəkməkdənsə"

Əkrəm Əylisli: "O, şər-böhtan içində böyüyüb, şər-böhtan südü əmib"

Azərbaycan Yazıçılar Birliyi yazıçı Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb. Anar Rzayev bu dəfə Ə.Əylislini "danosbaz" adlandırıb. Əkrəm əylislinin bu məsələyə münasibət bildirməsindən öncə, həmin bəyanatı olduğu kimi təqdim edirik:

"Daima ermənipərəst mövqedə duran və son əsəriylə bunu bir daha təsdiq edərək xalqımızın nifrətini qazanmış Əkrəm Əylisli abrına qısılıb xəcalət çəkməkdənsə, yenə qalmaqalla gündəmdə qalmaq həvəsinə düşüb və təbii ki, yenə bunun ən asan yolunu Yazıçılar Birliyi haqqında növbəti yalanlar uydurmaqda görür.

Son müsahibəsində təşkilatımız barədə oxuculara köhnə - yeni yalanlar sırayır. Deyir ki, Xalq yazıçısı İsmayıl Şıxlını vəzifəsindən MK katibi Həsən Həsənov uzaqlaşdırıb. Yaxşı məlumdur ki, H.Həsənov görkəmli yazıçımız İsmayıl Şıxlıya həmişə böyük hörmətlə və rəğbətlə yanaşıb.

Yeri gəlmişkən, H.Həsənov o vaxt ideoloji işlər üzrə yox, başqa sahədə katib işləyirdi. Yazıçılar İttifaqının birinci katibi işlədiyi müddətdə İsmayıl müəllimin şəkər xəstəliyi şiddətləndi və yalnız onun özünün israrlı təkidləri nəticəsində vəzifəsini tərk etdi.

Bu hadisə Ə.Əylislinin uydurduğu kimi Qurultayda yox, Yazıçılar İttifaqının 1987-ci il 18 iyununda keçirilən Plenumunda baş verdi. Əkrəm də o vaxt indi yazdığı kimi Əylisdə yox, Bakıdaydı, odur ki, heç kəs onu, özü dediyi kimi, xüsusi olaraq Bakıya dəvət etməmişdi. Plenumda Yazıçılar İttifaqının Birinci katibi vəzifəsinə, Anarın namizədliyini ilk olaraq Ə.Əylisli təklif etdi. Bu doğrudur.

Bu təklifi İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzadə, və İsmayıl müəllimin özü də dəstəklədi və Anar yekdilliklə Birinci katib seçildi. Bir müddət bundan əvvəl Ə.Əylisli bütün bunları unudaraq yazırdı ki, Anarın Yazıçılar İttifaqının rəhbəri seçilməsi o vaxt DTK sədri olan Vaqif Hüseynovun təşəbbüsü idi.

İndi deyir ki, Anarın namizədliyini MK katibi H.Həsənovun tapşırığı ilə edib. Yaxşı olar ki, Ə.Əylisli heç olmasa özü üçün müəyyənləşdirsin, Anarın namizədliyini irəli sürərkən kimin tapşırığını yerinə yetirirmiş - MK-nın ya DTK -nın. Bu Plenumdan az sonra Anarın təklifiylə Ə.Əylisli Yazıçılar İttifaqının katibi seçildi.

Erməni millətçiləri Qarabağ avantürasına başlayanda və şəxsən Anarı millətçilikdə ittiham edəndə isə Ə.Əylisli Moskvaya "Drujba narodov" jurnalına danos verdi ki, burda yeganə beynəlmiləlçi o özüdür, yazıçı həmkarlarının içində özünü təhna hiss edir və uşaqlıqdan başqa xalqlara öz xalqından çox etibar edib. Qəzəblənən ictimaiyyət Əylislini nəinki katiblikdən, hətta Yazıçılar İttifaqından çıxarmağı tələb edirdilər.

Ə.Əylislinin jurnalda onun sözlərinin təhrif edildiyini deməsini nəzərə alaraq ona qarşı heç bir tədbir görülmədi. Bu hadisədən sonra xeyli müddət yenə Yazıçılar İttifaqının katibi vəzifəsində çalışdı. Vaxtiylə uğurlu nəsr əsərləri yazmış Ə.Əylislinin əsl sifəti və xisləti isə yenə "Drujba narodov" jurnalında dərc etdirdiyi "Daş yuxular"da açıldı".

Yazıçı Əkrəm Əylisli isə açıqlamasında bildirdi ki, Yazıçılar İttifaqının sədri Anar Rzayev 25 ildir ki, bu millətin ziyalısına yalan deyir:

"25 ildir ki, onun dilinə düz söz gəlməyib. Mən arzu edirəm ki, o, 25 il də bundan sonra yalan deyə-deyə orada otursun. 25 ildə o, bir dəfə doğru söz demədi. Mən bunu eşitmədim.

Nə qədər yalan olar? Kim ki düz danışır, ona qarşı şər kampaniyasına keçir. Məni danosbaz adlandırana bax. Ayıb deyil? Bəs deyil? Mən açıq şəkildə deyirəm ki, Həsən Həsənovun tapşırığını yerinə yetirmişəm. Ayrı nə deməliydim? Həsən Həsənov mənə bir ay zəng elədi, zorla Əylisdən Bakıya gətirdi. Dedi ki, belə bir məsələ olacaq. Bunlar bizə şər-böhtan atır.

Onlar şər-böhtan içində böyüyüblər. Şər-böhtanın südünü əmiblər. 1937-ci ildə salamat qalanların övladlarını Yazıçılar İttifaqına sədr qoymaq olmaz. 37-də xalqı satanlar indi də satır və ömrü boyu da satacaqlar. Anar istər insanlar, istərsə də Yazıçılar İttifaqı haqqında bir həqiqəti yaxına buraxmır".

Ə.Əylisli onu ermənipərəst adlandıran birlik sədrinə sərt cavab verdi: "Bu alçaq sözüdür. Ermənipərəst nə deməkdir? Anar gərək belə sözü dilinə gətirməsin. Bu adam hər şeyi satıb, ağzına gələni danışır. İndi də keçib erməni sözünə. Bədii əsəri bədii əsər kimi oxu və dəyərləndir. Burada siyasət-zad yoxdur.

Bu adam bunu bilmirsə, Yazıçılar Birliyinə necə rəhbərlik edə bilər? Əxlaqsız və mənəviyyatsız işlər heç kimə başucalığı gətirməyib. Mən xalqımın yanında xəcalət çəkiləsi heç nə etməmişəm. Və üzü ağam, xalqımın böyüklüyünü görmüşəm, inanmışam. Mən xalqın içindən çıxmışam. Anar üçün isə xalq abstrak bir şeydir.

O, nə biləcək xalq nədir? 40 ildir kabinetdə oturan Anar xalqın nə olduğunu haradan biləcək? O, xalqı harada görür? Bunlar bilmir ki ermənipərəst sözünü kimə desinlər? Onlar Azərbaycanı sevən insanlarına vurdular bu damğanı. Bu adam həqiqətin qarşısında heç nə tapmır. Həsən Həsənov sağdır, kim istəyir soruşsun. O, hələ 5 ildə orada oturmaq istəyir. Otursun da. Mən bəyəm ona mane oluram?"

Xatırladaq ki, Əkrəm Əylislinin dekabrın 20-də yayımlanan müsahibəsi qalmaqala səbəb olub. Yazıçı həmin müsahibədə bir çox maraqlı faktlar açıqlayıb. Əsas qalmaqala səbəb isə Anarın Yazıçılar Birliyinə sədr seşilməsi prosesi, məsələlərdə Həsən Həsənovun iştirakı ilə bağlı məqamdır. (Aznews.az)

Tarix
2013.12.24 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qətər ona sanksiya tətbiq edən ölkəyə niyə əsgər göndərdi?

Prezident CQD ilə bağlı şübhələrə son qoydu – Şərh

Söyüş ünsürləri bağışlana bilər? – Novruzova reaksiyalar

“Neolit” davasına görə saxlanılan blogerə şok ittiham

Dini liderlərimizdən Xocalı müraciəti

Türk mediası: Əliyevdən Türkiyə açıqlaması...

Məmmədyarov və Mnatsakanyan niyə görüşməlidir?

Özü çətinlik çəkən Rusiya İrana 5 milyardı niyə verdi?

Əhalinin qazancı nə qədər olub?

Bakı Orta Asiyaya qapıdır: qazax və türkmən qazı da... – Şərh

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla