Yuxarı

Ərəb mətbuatı Bakının əks-hücum əməliyyatından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb mətbuatı Bakının əks-hücum əməliyyatından yazdı

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbdilli mətbuatın diqqət məqkəzindədir.

Axar.az xəbər verir ki, Misirin “Asiaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Aldiplomasy” internet nəşrləri, “Rayetmısr” və “Egyptnyusonlayn” portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini, Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını, Müdafiə Nazirliyinin məlumatlarını yayıb.

Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalı Ermənistanın və separatçı, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycana qarşı növbəti təcavüzü, dinc insanların qətlə yetirilməsi və mülki obyektlərin dağıdılması barədə reportaj yayıb. Telekanalın müxbiri qeyd edib ki, düşmənə layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücuma keçib.

Digər nüfuzlu televiziya kanalı – “Əl Ərəbiyə” də Ermənistanın hərbi təcavüzü haqqında reportajı efirə verib. Telekanalın müxbiri qeyd edib ki, Azərbaycan təxribatçı Ermənistanın silahlı qüvvələrinə güclü zərbələr endirir.

Ermənistanın hərbi təcavüzü ərəb ölkələrinin digər mətbuat orqanları – “Arabnyus”, “Gulf Times”, “Khaleejtimes”, “Thenational” tərəfindən geniş işıqlandırılıb.

Tarix
2020.09.27 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla