Yuxarı

Azərbaycanın Vətən müharibəsi: ümid edirəm ki... - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Vətən müharibəsi: ümid edirəm ki... - Kuznetsov

Ermənistan ordusunun bazar günü sübh vaxtı Azərbaycanın mülki əhalisinə raket və artilleriya zərbələri endirməsi istər-istəməz mənə 1941-ci ilin 22 iyun tarixini – Hitler Almaniyasının qoşunlarının xaincəsinə, müharibə elan etmədən və bazar günü SSRİ-yə hücum etməsini xatırladır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Oleq Kuznetsov Feysbuk səhifəsində yazıb.

“Əslində ideoloji nasist Qaregin Njdehin davamçılarından bundan başqa heç nə də gözləmək olmaz. Tarixin də göstərdiyi kimi, nasizm və faşizm hansı milli əsaslarda formalaşdırıb inkişaf etməsindən asılı olmayaraq, həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolunu tutur. 27 sentyabr 2020-ci il tarixdə bazar günü səhər saatlarında baş verənlər gec-tez yaşanmalı idi, çünki bu, müasir Ermənistanda illərdir yaradılmış və mövcud olan açıq nasist rejiminin mahiyyətinin təbii bir ifadəsidir.

Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə etməyə məcburdur, onun müharibəsi ədalətli və düzgündür. Ümid edirəm ki, bu, ölkənin ən yeni tarixinə “Qurtuluş” və ya hətta “Vətən” müharibəsi adı ilə daxil olacaq. Azərbaycan Ordusuna qələbə, Azərbaycan xalqına isə cəsarət arzulayıram”, - Oleq Kuznetsov vurğulayıb.

Tarix
2020.09.27 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla