Yuxarı

Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı -

Pakistan Dağlıq Qarabağ bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.

Axar.az xəbər verir ki, bu sözlər Pakistanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, Pakistan XİN erməni qüvvələrinin həftə sonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını şiddətlə qınayır:

“Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər. Ermənistan daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”.

Bəyanatda, həmçinin dost ölkə Pakistanın hər zaman Azərbaycanın yanında olduğu da vurğulanır:

“Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun özünümüdafiə hüququnu dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik ki, bu da yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur”.

Tarix
2020.09.27 / 20:11
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla