Yuxarı

Məhv edilən erməni tabor komandiri kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhv edilən erməni tabor komandiri kimdir?

Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti ağır itkilərə məruz qalıb.

Axar.az Azvision.az-a istinadən xəbər verir ki, Lernik Balayan işğalçı ordunun əsas aparıcı qüvvələrindən biri hesab olunurdu. O, Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən bir çox təxribatların təşkilatçısı olub.

28 avqust 2013-cü il tarixində Tavuş vilayətinin Berd şəhərində tabeliyində olan əsgərlərlə birlikdə minaya düşərək ağır yaralanıb. Sağaldıqdan sonra yenidən "xidmətə" qayıdan Babayan 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

Məlumata görə, Babayan 1991-ci ildə Qarabağ döyüşlərində işğalçılardan ibarət dəstələrin birinə rəhbərlik edib və onlarla mülki Azərbaycan vətəndaşlarının amansızlıqla qətlə yetirilməsində birbaşa rolu olub. Müsahibələrində azərbaycanlıların öldürülməsindən fəxrlə danışan işğalçı komandirlə bağlı sənədli filmlər çəkilib və o, bir çox mükafatlarla təltif edilib.

Tarix
2020.09.28 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla