Yuxarı

Paşayeva dünya ictimaiyyətinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclsin 27 sentyabrda keçirilən növbədənkənar iclasında çıxış edərək, Ermənistan Respublikası silahlı qüvvələrinin sentyabrın 27-də bir neçə istiqamətdən respublikamızın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasından danışıb, bunu bütün beynəlxalq hüquq normalarının yenidən və çox kobud şəkildə pozulması kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, özünün də qoşulduğu beynəlxalq hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyası müddəalarını heçə sayan işğalçının cavabsız qalmadığını deyən Qənirə Paşayeva müzəffər ordumuzun əks-həmlə ilə xalqımıza qürur yaşatdığını qeyd edib, ulu Tanrıdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir ordusu olduğunu vurğulayan millət vəkili dövlət-xalq, ordu-xalq birliyinin qarşısında heç bir qüvvənin duruş gətirə bilməyəcəyini və xalqımızın öz Ali Baş Komandanına yüksək etimadının ön cəbhədəki qələbələrdə həlledici amil olduğunu deyib.

Dünya azərbaycanlılarına müraciət edən Komitə sədri onları ölkəmizin haqlı mövqeyini, düşmənin növbəti avantürist hücum cəhdlərinin doğurduğu yeni situasiyanı yaxından izləməyə, xalqımıza, doğma vətənə həmrəylik nümayiş etdirməyə çağırıb.

Beynəlxalq təşkilatlara da səslənən Qənirə Paşayeva onları işğalçıya “dur!” deməyə, qarşı tərəfi ədalətli sülhün alternativi olmadığına inandırmağa çağırıb.

Tarix
2020.09.28 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla