Yuxarı

Bakı üçün mühüm razılaşma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı üçün mühüm razılaşma

Moskvada aprelin 21-23-də Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.

 

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının Sədri Xələf Xələfov rəhbərlik edib.

 

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olundu və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.

 

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib. 

 

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib və iclasın yekunu olaraq Protokol imzalanıb.

Tarix
2015.04.24 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla