Yuxarı

Ermənistan 7 rayonu qaytarmağa məcbur olacaq - Qrevtsova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan 7 rayonu qaytarmağa məcbur olacaq - Qrevtsova

Beynəlxalq təşkilatların fəaliyyətsizliyi ona gətirib çıxardı ki, sərhəddə növbəti təxribatların gedişində sentyabrın 27-də hərbi əməliyyatlar başlandı.

Axar.az xəbər verir ki, bu barədə AzərTac-a müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktorunun müavini Darya Qrevtsova bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin iclasında beynəlxalq ictimaiyyəti Ermənistanın davranışına və Azərbaycanın işğal edilmiş ərazilərinin dinc yolla, danışıqlar vasitəsilə azad edilməsini nəzərdə tutan BMT qətnamələrini yerinə yetirməkdən onun inadla imtina etməsinə diqqət yetirməyə nahaqdan səsləmirdi.

Ekspert deyib: “Beynəlxalq təşkilatların fəaliyyətsizliyi ona gətirib çıxardı ki, sərhəddə növbəti təxribatların gedişində sentyabrın 27-də hərbi əməliyyatlar başlandı. Azərbaycan daim sülh danışıqlarında təkid edə bilməz, xüsusən ona görə ki, onun vətəndaşları – hərbçilər və dinc əhali həlak olur. Digər tərəfdən, Azərbaycan ordusunun hərbi-texniki təchizatı erməni silahlı qüvvələrini əhəmiyyətli dərəcədə üstələyir. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir. Türkiyənin dəstəyi də Azərbaycan ordusunun mənəvi ruhunu xeyli möhkəmləndirir. Türkiyənin bir çox KİV-ləri bu günlərdə Azərbaycana dəstək sərlövhələri ilə dərc edilib”, .

D.Qrevtsova əminliyini bildirib ki, Azərbaycan ordusunun üstünlüyü Ermənistanı sülh müqaviləsi imzalamağa və sərhədlərin blokadadan çıxarılması və demilitarizasiyası müqabilində Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmağa məcbur edəcək. “Dağlıq Qarabağ ərazisinin taleyi isə növbəti mərhələdə həll etmək olar. Bu barədə bir neçə il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanmış “Kazan formulu”nda deyilir. Əks halda Azərbaycan bu torpaqları güc tətbiq etməklə qaytaracaq, lakin böyük itkilər olacaq. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların vəzifəsi Yerevana təzyiq göstərməkdir ki, o, sülh sazişini imzalasın, - deyə Darya Qrevtsova sonda vurğulayıb.

Tarix
2020.09.28 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla