Yuxarı

Əsas təhlükə İrəvanın bu hərəkətləridir - Türkiyə rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın bu təxribatları bölgədəki sülh danışıqlarını “baltalayır”.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasındən (ASK) Axar.az-a verilən məlumata görə, bu sözlər Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıqlıoğlunun ASK-ın prezidenti Məmməd Musayevə ünvanladığı məktubunda yer alıb.

Məktubda deyilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB da diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını “baltaladığını” bəyan edir.

Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətləri ilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi deyən R.Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.

Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır deyən TOBB sədri beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırıb.

R.Hisarcıqlıoğlu Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət diləyib, “Can Azərbaycan”a başsağlığı verib və yaralılara acil şəfa diləyib.

Tarix
2020.09.29 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla