Yuxarı

Cənubi Koreya mediası erməni təxribatından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Koreya mediası erməni təxribatından yazdı

Sentyabrın 27-də səhər erkən saatlarda Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Axar.az xəbər verir ki, bu fikirlər nüfuzlu “Korea Post” qəzetinin Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi son təxribat haqqında hazırladığı məqalədə əks olunub. Bildirilib ki, həmin intensiv atəş nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin sakinləri arasında ölən və yaralananlar olub, mülki infrastruktura ziyan dəyib.

Cənubi Koreya qəzeti yazır ki, Azərbaycan Ordusunun bölmələri düşmənin təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Tarix
2020.09.29 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla