Axar.az
Yuxarı

Qətər əmiri İlham Əliyevə zəng etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd əl-Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Tarix
2020.09.29 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-da Qarabağa dəstək aksiyası keçirildi - Foto

Hikmət Hacıyev: Ermənilərin hədəfi... - Foto

İsrail və Azərbaycan: faktların təsdiqi... - Yevdayev

Ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciə...

Almaniyada Gəncə terroruna etiraz yürüşü keçirildi

MN hərbi attaşelər üçün brifinq keçirdi

Türkiyə MN: Ermənistan hücuma son qoymalıdır

Ermənilərin təhdid etdiyi Fransa kanalı ilə bağlı müraciət edildi

Prezidentə müraciətlər: Sizin bircə əmriniz kifayətdir...

Düşmənin təslim olması məsləhətdir - MN

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla