Yuxarı

Azərbaycan Vətən müharibəsi aparır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan son aylar bütün addımları, bəyanatları və çıxışları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin üstündən xətt çəkdiyini nümayiş etdirirdi. Onun “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatından tutmuş, danışıqlar formatının dəyişdirilməsinə cəhd etməsinə qədər, bütün fəaliyyəti artıq sülh danışıqlarını mümkünsüz edirdi. Təsadüfü deyil ki, cənab Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı heç bir sülh danışıqlarının getmədiyini bəyan etmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov Qarabağda 27 sentyabrda növbəti erməni təxribatına cavab olaraq Ordumuzun əks-hücum əməliyyatları ilə bağlı danışarkən deyib.

Malik Həsənov qeyd edib ki, Ali Baş Komandan, cənab Prezidentin Ordumuzun əks-hücum əməliyyatına şəxsən göstəriş verdiyini deməsi qürurvericidir:

“Azərbaycan Prezidenti bu vaxta qədər bütün beynəlxalq tribunalarda Ermənistan hakimiyyətini ifşa edib, Münhen debatında da Ermənistan baş nazirinə ağır diplomatik zərbə endirdi. Aylardır Prezidentimiz beynəlxalq birliyin həqiqətləri bilməsi üçün ən yüksək kürsülərdən məharətlə istifadə edir. BMT Baş Assembleyasının son toplantısında və debatlarda çıxışında da Prezident İlham Əliyev Ermənistanın işğalçı mahiyyətini bir daha sübut etdi. Nə qədər qəribə də olsa, BMT toplantısının keçirildiyi məhz bu məqamda Ermənistanın diktator rəhbərliyi Azərbaycana qarşı növbəti təxribata cəhd etdi və beləliklə, Prezidentimizin dediyi faktlar özünü yenidən təsdiqləmiş oldu. Prezident İlham Əliyev Ermənistan siyasi rəhbərliyinin ciddi şəkildə müharibə hazırlığı apardığını, müxtəlif ölkələrdən terrorçular cəlb etdiyini, yüz tonlarla hərbi yük aldığını bildirmiş və bu təcavüzkar ölkənin işğalının dayandırılması üçün BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasını tələb etmişdi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan BMT də daxil olmaqla, bütün dünya tərəfindən tanınan suveren ərazisinin bütövlüyünü təmin etmək üçün müharibə aparır:

“Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə ötən gün xalqa müraciətində xüsusi vurğuladı ki, bu, bizim üçün Vətən müharibəsidir. Bəli, illərdir torpağı işğal altında qalan Azərbaycan xalqının rəhbəri bu işğala son qoymaq üçün siyasi iradəsini ortaya qoyub.

Amma təəssüf ki, ordumuzun zərbələri önündə geri çəkilən düşmən qüvvələri yenə də öz mahiyyətini, terrorçu kimliyini göstərir. Onlar dinc sakinləri, mülki əhalini, yaşayış məntəqələrini hədəf alırlar. Bu vaxta qədər 11 dinc sakin həlak olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu mahiyyətinin göstəricisidir. 90-cı illərdə olduğu kimi, hücum etdikləri ərazidə dinc əhalini güllələyən, Xocalı kimi dəhşətli qətliam törədən erməni ordusu öz ambulasındadır. Ancaq inanıram ki, rəşadətli Ordumuz mülki əhalini atəşə tutan düşmən hədəflərini sonuncuya qədər məhv edəcək və əhalinin təhlükəsizliyini, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək”.

M.Həsənov əhalidə olan böyük ruh yüksəkliyindən də danışıb:

“Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatlarının ilk dəqiqələrindən xalqımız yumruq kimi birləşdi, öz rəhbərinə sədaqətini və güvəncini hər yerdə nümayiş etdirir, xüsusilə gənclərimiz döyüşə girməyə can atırlar. Bunları yüksək qiymətləndirməklə bərabər, bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Əhali az qala hər dəqiqə yeni kənd, qəsəbə, hətta rayonun işğaldan azad edilməsi xəbərini eşitmək istəyir. Ancaq tələsmək lazım deyil. Ərazilərimizin 30 ildir işğalda olduğunu, əksər yerlərin minalandığını nəzərə alaraq, Ordumuzun tədricən, yavaş-yavaş irəliləməsi yüksək qiymətləndirilməlidir. Ordumuz irəlilədikcə müəyyən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi də vacibdir. Əsas odur ki, Ordumuz irəliləyir, düşmənin mövqeləri darmadağın edilir, işğaldakı torpaqlarımız geri alınır, düşmənin texnikası, canlı qüvvəsi məhv edilir. Yeri gəlmişkən, Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına da təşəkkür edirəm ki, xalqa ən dəqiq məlumatları anbaan çatdırır, düşmənin yalan xəbərləri dərhal təkzib edilir, vaxtaşırı brifinqlər keçirilir və ardıcıl açıqlamalar yayılır. Bu vaxtaşırı məlumatlar dezinformasiyanın yayılmasına imkan vermir və döyüşlər haqda xalqda dolğun təsəvvür yaradır.

Allah Ali Baş Komandanımızı, Ordumuzu, xalqımızı qorusun! Qələbə bizimdir!”

Tarix
2020.09.30 / 09:24
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla