Yuxarı

65 yaşlı polkovnikin möhtəşəm inadı: Axır ki, cəbhəyə gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər yol polisi sistemində işləmiş, Qusar rayon Dövlət Yol Polisi Bölməsinin rəisi olmuş polkovnik-leytenant Hacıbala Niyaz oğlu Hacıyev könüllü olaraq döyüşə yollanır.

Axar.az xəbər verir ki, o, döyüş başlayan gündən etibarən bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək tankçı kimi döyüşə qatılmaq istədiyini bildirib. Lakin Dövlət Xidmətindən onun 65 yaşı olduğunu nəzərə alaraq, imtina cavabı verilib.

Daha sonra yuxarı orqanlara şikayət edən Hacıbala Hacıyev Birinci Qarabağ müharibəsində cəbhədə olduğunu, təcrübəli tankçı olduğunu bildirib. O, indiki döyüşlərdə də iştirak etməyə icazə verilməsini xahiş edib.

Nəhayət, onun şikayətləri araşdırılıb və təkidli xahişləri nəzərə alınıb.

Hacıbala Hacıyev oktyabrın 1-də cəbhəyə yola düşəcək.

Tarix
2020.09.30 / 15:34
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla