Yuxarı

Füzuli və Ağcabədidəki vəziyyətlə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin sentyabrın 30-da atdığı mərmi nəticəsində Füzuli rayonunun Cocuq Mərcanlı kəndində yerləşən “Oba” marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə edilib.

Ağcabədi rayonunun Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində isə obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub.

Tarix
2020.09.30 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla