Yuxarı

Pakistan Senatı Ermənistanın təcavüzünü pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Senatının iqtidar və müxalifət partiyaları qruplarının rəhbərləri və digər senatorlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə təxribatı və təcavüzü kəskin şəkildə pislənilir.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Senatının Tvitter hesabında məlumat paylaşılıb.

Məlumatda deyilir: “Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını qorumaq hüququnu, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT prosesə müdaxilə etməli, Ermənistanın regional sülhə və təhlükəsizliyə qarşı təhdidini dayandırmalıdır. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından və Dağlıq Qarabağdan dərhal çıxarılmalı, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində uyğun olaraq öz həllini tapmalıdır”.

Pakistan Senatında iqtidar partiyasından olan senatorlar qrupunun rəhbəri Şahzad Vasim Azərbaycanın ərazilərinə ermənilər tərəfindən edilən və itkilərə yol açan mənfur hücumu şiddətlə qınayıb, Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Senator Sehar Kamran bu çətin günlərdə Azərbaycan xalqının yanında olduğunu bildirib. Təmas xətti boyunca Ermənistan qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin hədəfə alınmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib. O, münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyini nəzərə alaraq, hərbi qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Pakistan Senatında müxalifət partiyasından olan senatorlar qrupunun rəhbəri Raca Məhəmməd Zəfər-ül-Haq tərəfindən Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəyə ünvanlanan məktubda isə deyilir: “Azərbaycan rəhbərliyinin bütün səylərinə baxmayaraq, Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməməsi ciddi narahatlıq doğurur. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı tamamilə qanunsuz və hüquqaziddir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının etinasızlığının nəticəsidir. Pakistan xalqı Azərbaycanın münaqişə ilə bağlı mövqeyini tam dəstəkləyir”.

Tarix
2020.09.30 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla