Yuxarı

Azərbaycan bəzi ərazilərə nəzarəti bərpa edib - "Tudey"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın “EU Todey” media platforması “Dağlıq Qarabağ: Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzü” sərlövhəli məqalə yayıb.

Axar.az xəbər verir ki, məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca vəziyyəti gərginləşdirməsindən, hərbi və mülki hədəfləri artilleriya hücumuna məruz qoymasından bəhs edilir. Yazıda, həmçinin Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzünə qarşı Azərbaycanın layiqli cavab verdiyi və hətta işğal altındakı bəzi ərazilərə nəzarəti də bərpa etdiyi qeyd olunur.

Məqalədə, həmçinin sentyabrın 27-də Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması ilə bağlı Azərbaycan xalqına müraciətinə istinadən bildirilir:

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”.

Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq səviyyədə pisləndiyi ilə bağlı fikirlər də yer alıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın özünün Tvitter hesabında Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozmasını pislədiyini bildirib.

Tarix
2020.09.30 / 21:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla