Yuxarı

Ermənilər mülki obyektləri vurur, qarşı tərəf isə... - Avstriya KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın aparıcı xəbər agentliyi Avstriya Mətbuat Agentliyinin (AРA) Ermənistanın Azərbaycana qarşı son təxribatlarına dair məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təqdim olunan məqalədə iki ölkə arasında 30 ildən bəri davam edən münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal altına düşdüyü, bir milyondan çox azərbaycanlının öz ata-baba yurdundan qovularaq çıxarıldığı və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirmir və bu da münaqişənin siyasi həllinə imkan vermir. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Ermənistanı təcavüzkar dövlət kimi tanımır, BMT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını icra etmək üçün ona təzyiq göstərmir. Dəfələrlə bəyan edilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və qoşunlarının işğal edilmiş torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün ən böyük təhlükədir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən açıqlamalar verib, Dağlıq Qarabağı Ermənistanın ərazisi elan edib və ATƏT-in Minsk qrupu çərçivəsindəki danışıqlar formatının dəyişdirilməsi tələb olunub. Bununla yanaşı, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərindən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur, təxribatlar törədir. Sonuncu belə təxribat iyul ayında Tovuz rayonu istiqamətində törədilib.

Vurğulanıb ki, bu təxribatların davamı olaraq sentyabrın 27-də Ermənistan ordusu cəbhənin bütün istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan istifadə etməklə atəşə tutub, hücumlar edib. Azərbaycan tərəfi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hərbi mövqelərini, yaşayış məntəqələrini, mülki əhalini və infrastrukturu qorumaq məqsədilə özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qalıb və əks-hücum əməliyyatına başlayıb.

Məqalədə, həmçinin bildirilib ki, son günlərdə cəbhədə uğurlar əldə edən Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən fərqli olaraq, qarşı tərəfin yalnız hərbi obyektlərini hədəfə alır.

Eyni zamanda, Azərbaycan tərəfindən muzdluların döyüşməsi xəbərinə aydınlıq gətirilən məqalədə diqqətə çatdırılıb ki, 10 milyon əhalisi olan Azərbaycanın güclü ordusu və on minlərlə ehtiyat qüvvəsi var. Ona görə də Azərbaycanın xaricdən heç bir hərbçinin dəstəyinə ehtiyacı yoxdur.

Qeyd edilib ki, siyasi dairələr hazırda Türkiyəni hədəfə almaq əvəzinə, 30 ildən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkarı, yəni, Ermənistanı ciddi şəkildə qınamalı, onu işğalçılıq siyasətinə son qoymağa məcbur etməlidir. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Türkiyə regionda sabitləşdirici rola malikdir və münaqişəyə heç bir formada cəlb olunmayıb.

Sonda vurğulanıb ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Tarix
2020.09.30 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla