Yuxarı

Ermənistanın “aktiv hücum“ strategiyası... - Alman nəşri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın tanınmış “Nitro” jurnalının internet səhifəsində “Dağlıq Qarabağ: Diplomatiyanın sonu müharibə gətirdi” adlı məqalə yayılıb.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan ərazisi olan və Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda bir neçə gündür şiddətli döyüşlərin getdiyi bildirilir. Almaniya parlamentində Cənubi Qafqaz parlament qrupunun rəhbəri Barbara Hendriks “Deutsche Welle“ üçün müsahibəsində bildirib ki, ən böyük problem Ermənistanın beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə heç zaman razılıq verməməsidir: “Mən kimin indiki vəziyyətin gərginləşməsi üçün cavabdeh olduğunu təhlil edə və deyə bilmərəm, lakin aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Politoloq Qurban Ələkbərov məqalədə münaqişənin niyə indiki dövrdə alovlanmasına aydınlıq gətirib. O qeyd edib ki, münaqişə barədə təsəvvür əldə etmək üçün 2019-cu ilin əvvəlindən bəri baş verən hadisələri nəzərdən keçirmək lazımdır. 2019-cu ilin mart ayında ABŞ-a səfər edən müdafiə naziri David Tonoyan diaspor ilə görüşündə Ermənistanın “səngər müdafiəsi“ strategiyasından “hücum bacarıqlarını genişləndirən“ “aktiv hücum“ strategiyasına keçdiyini elan edib və bu strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə“ kimi səciyyələndirib. Sonradan Nikol Paşinyan tərəfindən sülh danışıqlarının formatını dəyişdirmək cəhdi, işğal olunmuş ərazilərə səfəri və “Qarabağ Ermənistandır və nöqtə” kimi populist çıxışları həm Azərbaycan, həm beynəlxalq ictimaiyyət, həm də ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunub.

Politoloq məqalədə ötən dövr ərzində həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində baş verən insident və gərginliyə də nəzər salıb. Qeyd edilib ki, Ermənistanın son dövrlərdə regionda gərginlik ocağı yaratmağa cəhdi bir neçə məqsədə xidmət edə bilər. Hərbi və siyasi məqsədlərə xidmət edən faktorlar arasında, ilk növbədə, ölkə əhalisinin diqqətini COVID-19 pandemiyasının təsirləri nəticəsində ağırlaşan sosial-iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmaq, Azərbaycanın təşəbbüsçüsü olduğu Cənubi Qaz Dəhlizinin işə başlamasına az qalmış regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq müstəvidə bu layihəyə inamsızlıq yaratmaq və onun həyata keçirilməsini əngəlləmək və s. cəhdləri dayana bilər.

Məqalədə, həmçinin qeyd edilib ki, iyul döyüşlərindən sonra vəziyyətin yenidən sakitləşəcəyi ehtimal olunsa da, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Harutunyan media mənsublarının qarşısında erməni xalqına müraciət edərək, onu müharibəyə hazırlaşmağa, sülh danışıqları barədə müzakirələr aparmamağa çağırdı. İşğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılması, Livan ermənilərinin Qarabağa köçürülməsi və Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşası danışıqlar prosesi ətrafında vəziyyəti pozdu.

Politoloq məqalənin yekununda qeyd edib ki, Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həllində vasitəçilik edir, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə rəsmi şəkildə bəyan edib. Bununla belə Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin mövqe nümayiş etdirmir.

Haynrix Böll Fondunun nümayəndəsi Ştefan Mayster “Tagesschau” üçün müsahibəsində bildirib ki, indiki qarşıdurmanın əsas məqsədi Azərbaycan rəhbərliyinin getdikcə artan narazılığıdır. Belə ki, bütün beynəlxalq formatlar indiyədək münaqişənin həllinə mümkün etməyiblər və Ermənistan isə öz növbəsində, münaqişə bölgəsində faktlar yaratmaqla məşğuldur.

Tarix
2020.10.01 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla