Yuxarı

Türkiyənin Qarabağ bəyanatı Makronu "çox narahat" etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan arasında baş verən ağır döyüşlərlə əlaqədar Türkiyənin “döyüşkən” bəyanatlar verməsi məni narahat edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Riqada səfərdə olan Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında səsləndirib.

Türkiyənin Azərbaycana dəstək verməsi 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidentini “çox narahat” edib. Ancaq Ermənistanın son döyüşlərdə mülki obyektləri, yaşayış evlərini hədəfə almasından, bunun nəticəsində 15-dək azərbaycanlı mülki şəxsin ölümündən və 40-a yaxınının yaralanmasından narahat olduğunu dilə gətirməyib.

Fransa prezidentinə bir daha xatırlatmaq istərdik ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində xüsusi vurğulanan “erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələbi 27 ildir həllini gözləyir.

Fransa prezidenti Türkiyənin siyasi bəyanatlarının təhlükəli olduğunu deyib. Ancaq unudub ki, başladığı münaqişənin danışıqlar və sülh yolu ilə həllində maraqlı olmayan Ermənistan heç Fransa prezidentinin səsinə də məhəl qoymur. Doğma yurduna qayıtmaq arzusu ilə yaşayan və Minsk qrupundan konkret fəaliyyət gözləyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün isə daha səbri qalmayıb.

Xatırladaq ki, Fransa prezidenti Şərqi Aralıq dənizi məsələsində də Türkiyəyə qarşı əvvəlcə yüksək tonla danışsa da, Almaniyanın Türkiyə ilə dialoqa çağırışından sonra mövqeyini bir qədər yumşaldıb.

Tarix
2020.10.01 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla