Yuxarı

Ordumuza dəstək üçün sahibkarlara müraciət edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Caspian Energy Club” sahibkarları tarixi missiyanı yerinə yetirərək işğal olunmuş ərazilərimizi düşməndən azad edən Azərbaycan Ordusuna yardımda fəal iştirak etməyə səsləyib.

Axar.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Sıralarında Xəzər-Qara dəniz və Baltik regionu sahibkarlarını birləşdirən ən nəhəng və dinamik təşkilat olan “Caspian Energy Club” Azərbaycanın bütün şirkətlərinin top-menecerlərindən Azərbaycan Ordusuna dəstək kampaniyasında fəal iştirak etməyi xahiş edib. Azərbaycan Ordusuna və cəbhəyanı bölgələrdə yaşayan dinc əhaliyə təşkilati, maliyyə və informasiya yardımı göstərmək bizim hər birimizin borcudur. Bu gün ən mühüm məqsədlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə doğru-düzgün məlumatları çatdırmaqdır. Bununla əlaqədar olaraq, “Caspian Energy Club”un dünyanın 50 ölkəsindəki hər bir şirkət əməkdaşı baş verənlərdən xəbərdar olmalı və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan məlumatlara istinad etməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinə maliyyə yardımı davam etdirilməlidir. Biz birlikdə güclüyük! Qələbə bizim olacaq! Qarabağ – Azərbaycandır!”, - deyə Telman Əliyev qeyd edib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Tarix
2020.10.01 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla