Yuxarı

Ermənistan bu ərazilərdən tam çıxmalıdır - Yaponiya saytı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.

Axar.az xəbər verir ki, yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.

Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.

Yazıda həmin torpaqların tarixi Azərbaycan əraziləri olması xüsusi qeyd edilir.

Məqalədə münaqişənin tarixinə də toxunulur. Bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bu regionunda indi yalnız ermənilər yaşayırlar. Bu torpaqların azərbaycanlı sakinləri ya məhv edilib, ya da oradan qovulublar. İşğal olunmuş ərazilərdə yaradılan dırnaqarası “Dağlıq Qarabağ respublikası” isə heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmayıb.

Yazıda Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxlaması barədə məlumatlar da yer alıb.

Tarix
2020.10.01 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla