Yuxarı

Müdafiə Nazirliyi növbəti brifinqini keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyi növbəti brifinqini keçirdi - Foto

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq verilmişdir.

MN-dən Axar.az-a bildirilib ki, əlavə olaraq, işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılmışdır.

Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.

Əlavə olaraq, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilmişdir.

Tarix
2020.10.01 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla